Bu gün:

Verstapenin istedadı Red Bull'a başağrı verir


Red Bull-un texniki direktoru Pyer Vaçenin sözlərinə görə, Maks Verstappen çox istedadlı olduğu üçün avtomobilindəki problemləri görməkdə çətinlik çəkirlər.

Red Bull bu ilki RB20-dən gözlədiklərini ala bilmədi. Pyer Waçenin rəhbərlik etdiyi texniki qrup tərəfindən hazırlanmış bu vasitə, xüsusilə inkişaf baxımından rəqiblərindən geri qalıb. Maks Verstappen avtomobildə o qədər də xoşbəxt görünmür və əvvəlki illərdən fərqli olaraq, bu il daha çox təkmilləşdirmə istiqamətləri müəyyən edilib. Bununla belə, Verstappen hər şeyə baxmayaraq, hər həftə sonu yaxşı nəticələr əldə etməyə davam edir.

Texniki direktor Pyer Waçe Verstappenin bacarığını yüksək qiymətləndirdi, lakin komandada bu kalibrli çempionun olmasının bəzi problemlər yaratdığını bildirib.

"Avtomobilin zəif cəhətlərinin çoxu gizlidir, bu doğrudur. Bu, bəzən problemin çox gec aşkarlanmasına səbəb ola bilir. Biz avtomobili dizayn edərkən tək bir sürücünün istəyinə uyğun hərəkət etməyə çalışmırıq, həmişə mümkün olan ən sürətli avtomobili yaratmağa çalışırıq. Sürücülərin istəklərini nəzərə çox alsaydıq, yəqin ki, onlar avtomobildə özlərini daha rahat hiss edərdilər".


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et