
McLaren keçmiş sürücülərindən birini məhkəməyə versə də, F1 dünyasında bu sürücü haqqında danışılmağa davam edir.
İkiqat IndyCar çempionu Aleks Palou, Chip Ganassi Racing-dəki yerini yarışda qalib gəlmək şansı olmayan F1 oturacağı ilə dəyişməyi düşünməyəcəyini bildirib. İkiqat IndyCar çempionu olan Palou, Audi-nin satın alınmasından əvvəl 2025-ci ildə Sauber layihəsi ilə xatırlanırdı.
Bununla belə, Chip Ganassi Racing ilə ikinci IndyCar çempionluğunu qazandıqdan və F1 imkanlarının olmadığını başa düşəndən sonra Palou Zak Brauna müqaviləsini yerinə yetirməyəcəyini və hazırkı komandası ilə yeni müqavilə imzalamayacağını söyləyib.
Daha sonra McLaren 27 yaşlı pilot müqaviləni pozduğunu etiraf etdikdən sonra ona qarşı 18,2 milyon funt-sterlinq təzminat iddiası qaldırsa da, sonradan bu məbləğin 23,4 milyon funt-sterlinqə artırıldığı bildirilir.
Palunun F1 xəyalı McLaren qapısının bağlanması ilə bitmiş kimi görünsə də, yay fasiləsində ikiqat çempion olan Palunun 2025-ci ildə Sauber-də ikinci yeri tutacağı ilə bağlı şayiələr yayılıb. Palou Hinvildə yerləşən komandaya qoşulmaq qərarına gəlsə, Niko Hülkenberqlə birlikdə yarışacaq. Şayiələrə baxmayaraq, Palou orta sıralar uğurunda yarışacaq olan bir komandaya getməyi istəmir.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
