Bu gün:

Süni intellektə görə insanlar işlərindən xaric olunacaq?



Süni intellektin biznesin gələcəyini necə dəyişəcəyi ilə bağlı müzakirələr davam edir.


Resume Builder adlı şirkət süni intelektin şirkətlərə təsirini öyrənmək üçün 6 ay müddətində bu texnologiyadan istifadə etməyi planlaşdıran şirkətlərin 750 iş adamı arasında sorğu keçirib. Araşdırmanın əsas nəticələri aşağıdakılardır:

• Şirkətlərin 53%-i süni intellektdən istifadə edir, 24%-i isə süni intellektdən istifadə etməyə başlamağı planlaşdırır.

• Süni intellektdən istifadə edən şirkətlərin 37%-i texnologiyanın bu il işçilərini əvəz etdiyini bildirib.

• Sorğuda iştirak edən şirkətlərin 44%-i süni intellektin növbəti illərdə işçilərin ixtisarına səbəb olacağını deyir.

• 2024-cü ildə işə götürənlərin 96%-i namizədlərin süni intellekt bacarıqlarına sahib olmalarını nəzərə alacaqlarını bildiriblər.

• 83% hazırkı işçilərin öz işlərini saxlamaq üçün süni intellekt bacarıqlarını inkişaf etdirmələrinin vacib olduğunu deyir.


Mənbə: Evrimagaciofficial. 

Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et