
Lewis Hamilton Ferrari-yə keçəcəyini elan edəndən bəri Mercedes-in Maks Verstappeni transfer etmək istədiyi iddia edilir. Son zamanlar bu iddialar azalsa da, hələ də davam edir, lakin Williams-la Formula 1 çempionluğunu qazanan Jak Vilnevin fikrincə, başqa komandaya keçmək Verstappenin istədiyi kimi nəticələnməyə bilər.
1997-ci il dünya çempionu deyib: "Əgər o, komanda dəyişdirmək qərarına gəlsə, yeni komandasında mədəniyyət şoku yaşayacaq. Hər şey Verstappen üçün hansı variantların mövcudluğundan asılıdır. McLaren-də boş yer yoxdur. Onun Mercedes-də daha yaxşı davranacağını gözləmək olar? Həmçinin, onu orada kim əvəz edəcək? Corc Rassel, yoxsa Kimi Antonelli?
Həm Russell, həm də Antonelli Mercedes-in tələbələridir və komanda onlara böyük sərmayə qoyub. Düşünürəm ki, Mercedes Verstappeni sadəcə Red Bull-dan uzaqlaşdırmaq istəyir. Hazırda Maks üçün uyğun komanda yoxdur, amma uzun müddətdə nə olacağını görəcəyik. O, karyerası boyunca Red Bull-un qanadı altında olub və belə rahat atmosferi başqa komandada təkrarlamaq çətin olacaq".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
