Bu gün:

"Bavariya"dan "Mançester Yunayted"ə iki transfer


Premyer Liqada çempionluq quraqlığına son qoymaq istəyən "Mançester Yunayted" Almaniya nəhəngi "Bavariya"da çıxış edən müdafiəçilər Matthijs de Ligt və Noussair Mazraoui ilə müqavilə imzalayıb.

Klubdan verilən açıqlamada Matthijs de Ligt ilə 5+1 illik, Noussair Mazraoui ilə isə 4+1 illik müqavilə imzalandığı bildirilib.

İngiltərə mətbuatına görə; "Qırmızı şeytanlar" de Ligt üçün "Bavariya"ya 45 milyon avro ödəyəcək. Bildirilib ki, iki komanda arasında bağlanan razılaşmaya 5 milyon avro bonus ödənişi daxil edilib. Britaniya nəhəngi Mazraui üçün isə 15 milyon avro transfer haqqı və 5 milyon avro bonus ödəyəcək.


Mənbə: HaberTürk 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et