Bu gün:

Yuxularımızın harasa köçürülməsi mümkündürmü?


Yuxudan oyananda gördüyümüz yuxunu xatırlamaq çox çətin olur. Xüsusilə yenidən yuxuya getmişiksə və başqa yuxular görsək, bu imkansızdır.

Bəs sizə yuxularımızı qeyd edə bilən bir texnologiyanın mümkün ola biləcəyini desək nə düşünərdiniz?


Bəli, mütəxəssislər bu texnologiyanın tezliklə olmasa da həyatımıza daxil olacağını deyirlər. Çox məntiqli görünməsə də, bu necə mümkün ola bilər?


Yuxular, şüurumuzun dərinliklərindən yüksələn və adətən mürəkkəb, mənalı şəkillərlə doludur.


Əminik ki, yuxularımızı qeyd etmək hal-hazırda hamınıza elmi fantastika filminin bir ssenarisi kimi səslənir. Lakin bu günlərdə bu fikrin həyata keçirilməsi üçün çoxlu araşdırmalar aparılır. İndi bizim üçün qeyri-mümkün görünən bir şey bir neçə il sonra möcüzələr yarada bilər. Eynilə süni intellekt kimi.


Psixologiya üzrə professor Antonio Zadranın qeyd etdiyi kimi, yuxular çox vaxt reallıqdan ayrılan və unudulmaq üçün nəzərdə tutulmuş təcrübələrdir. Bu, hadisələri və nəticələri şüurlu şəkildə təsəvvür etmək, emosiyaların işlənməsi və ya məlumatın redaktə funksiyası kimi müxtəlif yuxu nəzəriyyələri ilə uyğunlaşdırıla bilər.


Ancaq yuxuların necə işlədiyini dəqiq müəyyən etmək son dərəcə mürəkkəb olaraq qalır.


Yuxuları qeyd etmək üçün hazırda mövcud olan texnologiyalar yalnız yuxularımızın səthinə toxuna bilir. Texas Universitetindən Daniel Oldis və David M. Schnyerin elmi işləri yuxu zamanı əzələlərə gedən sinir siqnallarını ölçməklə hərəkət və danışmağın həllinə doğru bir addım atır.


Elektrodlardan istifadə edərək yuxularımızdakı fiziki hərəkətləri təqlid edən bir avatar yaratmaq, yuxuların təfərrüatlarını tam anlamaq üçün hələ kifayət etməsə də, bu sahədəki irəliləyişin bir göstəricisidir.


Kyoto Universitetindən Yukiyasu Kamitani fMRI və qurğu öyrənməsindən istifadə edərək beynin baxış fəaliyyətini təhlil edərək yuxuların məzmununu təxmin etmək istiqamətində mühüm bir addım atdı.


Kamitaninin araşdırmaları yuxuların vizual məzmunu haqqında beyin fəaliyyətindən ipucları təmin etməyi vəd edir.


Hal-hazırda sadəcə xəyal kimi görünsə də, aparılan araşdırmalar göstərir ki, gələcəkdə yuxularımızı qeyd etməyə qadir bir texnologiya daha çox gerçəkləşir. Mütəxəssislər isə yuxuları yaza bilən qurğunun bir neçə il ərzində buraxılacağını proqnozlaşdırırlar.


Ancaq hansı ildə və nə vaxt bilinmir...


Mənbə: webtekno.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et