Bu gün:

Avropanın Qəzzada masaya qayıt çağırışı


Avqustun 15-də ABŞ, Misir və Qətərin Qəzzada atəşkəs və girov mübadiləsi danışıqlarının bərpası çağırışına Avropa paytaxtları da qoşulub. 

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Böyük Britaniyanın baş naziri Keir Starmer birgə bəyanatda "danışıqların dərhal bərpası çağırışını" dəstəklədiklərini bildiriblər. Birgə bəyanatda qarşıdurmaların dərhal sona çatması və əsirlərin azad edilməsinin vacibliyi ifadə edilərək, "Qəzzə xalqının təcili və qeyri-məhdud yardım çatdırılması və paylanmasına ehtiyacı olduğu" qiymətləndirilib. 

Digər tərəfdən, Həmas danışıqların yeni mərhələsinə keçmək əvəzinə vasitəçilərdən ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs təklifinin həyata keçirilməsi planını təqdim etmələrini istəyib. Cümə axşamı keçiriləcək danışıqlara qatılmayacağını bildirən qrup, İsrailin yeni tələblər irəli sürdüyü və Baydenin təqdim etdiyi müqavilə layihəsini çıxılmaz vəziyyətə saldığı barədə açıqlama verib. Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiyada Fələstin prezidenti Mahmud Abbası qəbul edəcək. Abbasın avqustun 14-15-də Ankarada olacağı gözlənilir.

Mənbə: Huriyet.com.tr 

Tərcümə etdi: Arzu ibrahimova

Paylaş
Şərh əlavə et