Bu gün:

Yunanıstanda meşə yanğınları genişlənir, minlərlə insan təxliyə edilib


Yunanıstanın paytaxtı Afina yaxınlığındakı bəzi kənd və qəsəbələrdə yaşayan minlərlə insan meşə yanğınları səbəbindən təxliyyə edilib. Səlahiyyətlilər, alovların bəzi yerlərdə 25 metrə çatdığını, paytaxtın bəzi hissələrinin isə tüstüləndiyini bildirib.

İsti hava şəraiti və güclü külək səbəbindən şənbə günündən bəri onlarla yanğın baş verib.

Yanğınsöndürmə idarəsinin sözçüsü Vassilis Vathrakogiannis mətbuata verdiyi açıqlamada bazar günü günortaya qədər yanğınsöndürənlərin son 24 saat ərzində baş vermiş 40 yanğından 33-nə tez müdaxilə etdiyini bildirib. Bununla belə, o, yeddi yanğının hələ də davam etdiyini qeyd edib.

Təcili yardım xidmətləri bir neçə şəhərdə, o cümlədən tarixi Marafon qəsəbəsində təxliyə əmri verib.

Baş nazir Kyriakos Mitsotakis tətilini yarımçıq kəsdi və böhranla məşğul olmaq üçün bazar günü axşam Afinaya qayıtdı. Afina səmasında tüstü göründü.

Şənbə günü İqlim Böhranı və Mülki Müdafiə Naziri Vassilis Kikilias xəbərdarlıq edib ki, yüksək temperatur, külək və quraqlıq səbəbindən ölkənin yarısı yüksək yanğın riski altındadır.

Bu il Yunanıstan rekordların başladığı 1960-cı ildən bəri ən isti iyun və iyul aylarını yaşadı. Yunanıstanda baş verən yanğınlar səbəbindən minlərlə insan təxliyə edilib. 

Səlahiyyətlilər Afinanın 40 kilometr şərqində yerləşən tarixi Marafon şəhərinin sakinlərinə bazar günü günortadan sonra başlayan yeni meşə yanğını ilə əlaqədar sahilyanı Nea Makri şəhərinə doğru təxliyyə etməyi əmr edib.

Afinanın şimal-şərqindəki Varnava bölgəsində baş verən yanğın səpələnmiş evlərin olduğu meşəlik əraziyə keçib.

Paytaxt tüstüdən bir müddət qırmızıya çevrilib. Yanğın bazar günü gecə də davam edib. Yüzlərlə insan yaxınlıqdakı ən azı səkkiz kənddən qaçıb, bəziləri isə evlərini alovdan xilas etməyə çalışıb. Varnava bölgəsində bazar günü günorta saatlarında başlayan yanğın 100 kvadrat kilometr ərazini külə çevirib.

Bazar günü axşam Afinadakı xəstəxanalar və sağlamlıq mərkəzləri həyəcan vəziyyətinə gətirilib.

Yanğınsöndürmə idarəsinin sözçüsü Vathrakogiannis, 110 maşın, 29 təyyarə və helikopterin dəstəyi ilə 400-dən çox yanğınsöndürəndən ibarət qüvvələrin "bir çox hallarda hündürlüyü 25 metrdən çox olan" alovla mübarizə apardığını söylədi. 

Türkiyədən yardım təklifi

Paytaxt Afina yaxınlığında baş verən yanğınla əlaqədar Yunanıstana Türkiyə yardım edir. 

Türkiyə paytaxt Afina yaxınlığında baş verən yanğınla əlaqədar Yunanıstana yardım təklif edib.

AA xəbərinə görə, xarici işlər naziri Hakan Fidan Türkiyənin Yunanıstana kömək etməyə hazır olduğu mesajını Afina rəhbərliyinə çatdırıb.

Yunan tərəfi təklifi dəyərləndirəcəklərini və lazım gələrsə Türkiyədən dəstək istəyəcəklərini bildirib.

Xəbərə görə, mənbələr Türkiyədə davam edən böyük yanğının olmamasının Yunanıstana yardım təklifini mümkün etdiyini bildirib. Yanğın bazar günü günorta saatlarında Varnava bölgəsində və CEST vaxtı ilə 21:00-da başlayıb. 

Mənbə: BBC.NEWS

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et