Bu gün:

Yeni cizgi film "İncredibles 3" gəlir



İlk filmi ilə Oskar alan "The Incredibles" cizgi filminin davamı gəlir. Pixar Parr ailəsinin yeni macəraları üçün bir film hazırladığını elan edib.

Güclərini gizlətmək məcburiyyətində qalan super qəhrəmanlar ailəsindən bəhs edən "The İncredibles" serialı geri qayıdır. Pixar və Disney D23 tədbirində “İncredibles 3” filminin gələcəyi haqqında məlumat veriblər.

Pixar tərəfindən hazırlanacaq "İncredibles 3" animasiyasına Brad Bird rejissorluq edəcək. O, ilk iki filmə də rejissorluq etmişdi.

Nümayiş tarixi bilinməyən film haqqında əlavə məlumat verilməyib.

Serialın ilk filmi "The Incredibles" 2004-cü ildə ekranlara çıxıb və "Ən yaxşı cizgi filmi" nominasiyasında Oskar qazanıb.

2018-ci ildə nümayiş olunan "Incredibles 2" isə "Inside Out 2" rekord qırana qədər 1,24 milyard dollar gəlirlə Pixar-ın ən çox gəlir əldə edən filmi olaraq qalmağı bacarmışdı.


Mənbə: ntv.com.tr

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et