
Kalmar AIK liqanın beşinci səviyyəsində çıxış edən cənub İsveç klubudur. Bir neçə həftə əvvəl komandanın kapitanı Markus Herman dəhşətli xəbər alıb - ona mədə xərçəngi diaqnozu qoyulub, bundan sonra o, dərhal kimyaterapiyaya başlayır və sağalmaq üçün mübarizə aparır.
24 yaşlı futbolçunun komanda yoldaşları birlik və Hermana dəstəklərini bildirmək üçün gözəl jestə qərar veriblər. Sosial şəbəkələrdə sürətlə yayılan gprüntüdə oyunçuların başlarını qırxdıqları görünür. Bir anda kapitan Kalmar AİK soyunub-geyinmə otağına daxil olur. O, komanda yoldaşları ilə duyğusal anlar keçirir.
Mənbə: Kanalsportowy
Tərcümə etdi: Məhəmməd Qasımov
