
MİT, Jandarma və Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzinin (USOM) birgə əməliyyatı ilə dünya miqyasında şəxsi məlumatları ələ keçirərək terror təşkilatlarına satan kibercasusluq şəbəkəsi sıradan çıxarılıb və 11 nəfər həbs edilib.
Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Jandarma Baş Komandanlığı (JGK) və Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzi (USOM) ilə birlikdə kibercasusluq şəbəkəsinə qarşı birgə əməliyyat keçirilib. Milli Kəşfiyyat Təşkilatı isə, əməliyyatın(MİT) koordinasiyası ilə məşğul olub.
Türkiyə də daxil olmaqla, dünyada minlərlə insanın şəxsi məlumatlarını ələ keçirən kiber casusluq şəbəkəsi bu əməliyyatla çöküb. Əməliyyat zamanı şəbəkədə olan 11 nəfər yaxalanıb.
Əməliyyat çərçivəsində təşkilat üzvləri həbs edilərək həbsxanaya göndərilib, bir çox internet saytı bloklanıb.
Məxfilik əmri olan istintaqla bağlı araşdırmalar təfərrüatı ilə davam edir və ələ keçirilən məlumatlar diqqətlə araşdırılır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
