Bu gün:

Tom Kruz stadionun zirvəsindən tullandı




Tom Kruz 2024-cü il Paris Olimpiya Oyunlarının bağlanış mərasimində Olimpiya bayrağını "Mümkün olmayan Missiya" rejimində Los-Ancelesə aparmaq üçün Stade de France stadionunun zirvəsindən tullandı.

Hollivudun böyük ulduzlarından biri olan Tom Kruz Billie Eilish , Snoop Dogg , Red Hot Chilli Peppers və HER ilə birlikdə Paris 2024 Olimpiya Oyunlarının bağlanış mərasiminin möhtəşəm ulduzlarından birinə çevrildi.

62 yaşlı aktyor Stade de Frans stadionunun zirvəsindən tullanaraq təəccübə səbəb oldu. Los-Ancelesin meri Karen Bass və gimnast Simone Biles ona Olimpiya bayrağını verdilər.

Tom Kruz sosial şəbəkələrdə Los-Anceles 2028 Olimpiya Oyunlarından bir mesajı təsdiqləyərək "Bir mərasim bitəndə digəri başlayır " - deyə bildirib.

Həmin mesajda “Mümkün olmayan Missiya” rejimində motosiklet sürən və hərbi təyyarəyə minən Tom Kruzun Olimpiya bayrağını Parisdən Los-Ancelesə apardığı video da öz əksini tapıb.


Mənbə: Marca

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et