Bu gün:

Azərbaycanlı Alfonso Dominqez 92 kq çəkidə gümüş medal qazandı


2024-cü il Paris Olimpiya Oyunlarında boks üzrə kişilər arasında 92 kq çəki dərəcəsində Özbəkistan təmsilçisi Lazizbek Mullojonov avqustun 9-da Stade Roland-Qarros stadionunda azərbaycanlı Loren Berto Alfonso Dominqez üzərində 5:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Özbəkistanlı boksçu bütün görüş boyu hakimlərdən cəmi iki xal itirərək rəqibindən üstün olub.

"Olimpiya oyunlarında qızıl medal qazanmaq mənim uşaqlıq arzum idi" dedi Mullojonov. “Çətin vaxtlarım olub, amma ümidimi heç vaxt itirməmişəm. İndi mən evə çempion kimi qayıda bilərəm”.

O, şübhəsiz ki, birinci hissənin əvvəlində döyüşə nəzarəti ələ alaraq çempionun cəldliyi ilə rinqə çıxdı. Mullojonov üst gövdəsi ilə ağır, müxtəlif zərbələr endirərək, fasiləsiz hücumları ilə Alfonso Dominqesi iplərə sancıb. Alfonso Dominqes öz sürətli kombinasiyaları və əks zərbələri ilə cavab verdi, lakin bu, xəttdəki hakimləri onun xeyrinə qərar verməsi üçün kifayət etmədi.

Hər iki boksçu Mullojonov qalib elan edilməzdən əvvəl izdihamı alqışladı, onlar final mərhələsində mərdliklə döyüşdü.

Oyun sonrası mətbuat konfransında uğurunun sirrini soruşduqda o, belə cavab verdi: “Çalışmağa davam etməlisən, sadəcə işləməlisən, sadəcə məşq etməlisən. Heç vaxt bir günü qaçırmayın, heç vaxt fasilə verməyin. Heç bir gün belə”.

Alfonso Dominqes nəticədən məyus olsa da, qızıl medal uğrunda görüşdə rəqibinin gücünü etiraf edib.

"Bu, məyusedici bir gecə idi" dedi gümüş medalçı. “Bu, mənim ən yaxşı gecəm deyildi və yaxşı döyüşmədim. Rəqibim çox yaxşı idi və indi düşünürəm ki, çalışmağa davam edəcəyəm”.

Mənbə: Olympics.com

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et