Bu gün:

Daha iki jurnalist öldürülüb


İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha iki fələstinli jurnalist həyatını itirib. Açıqlamaya görə, Fələstin Televiziyasında çalışan Təmim Əhməd Əbu Muammar və Əl-Əqsa kanalında çalışan Abdullah Mahir əl-Susi adlı jurnalistlər İsrail ordusunun Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda həyatını itirib. İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı 168-ə yüksəlib.

Xarici İşlər Nazirliyindən çox ağır reaksiya

Xarici İşlər Nazirliyi İsrailin 100-dən çox fələstinlini öldürdüyü məktəb hücumu ilə bağlı açıqlama verib.

 Açıqlamada, "İsrail Qəzza şəhərinin Dərəc rayonunda bir məktəb binasına sığınan yüzdən çox mülki vətəndaşı qətlə yetirərək insanlığa qarşı yeni cinayət törədildiyini və İsraili dayandırmaq üçün addım atmayan beynəlxalq aktyorların bu cinayətlərə ortaq olduğları" bildirilib.

Mənbə: sabah.com.tr

Tərcümə etdi: Arzu İbrahimova

Paylaş
Şərh əlavə et