Dünyaya və bütün bəşəri dəyərlərə meydan oxuyan terror dövləti İsrail amansız soyqırımlarına bir yenisini əlavə edib. İsrailin dünən səhər saatlarında Qəzzalı köçkünlərin sığındığı məktəbə hücumu nəticəsində azı 100 nəfər ölüb, onlarla insan yaralanıb. İsrail ordusu Qəzzanın şərqindəki Ed Deraj bölgəsində köçkünlərin sığındığı Et Tabin məktəbinə hücum edib. Qəzzadakı hökumətin media idarəsindən verilən açıqlamada, İsrail hücumlarının səhər namazını qılan mülki vətəndaşları hədəf aldığını və bu, itkilərin sürətlə artmasına səbəb olduğunu bildirib.

Yerli mənbələr cəsədlərin COIR səbəbiylə parçalandığını bildirir. Mülki müdafiə qruplarının ətrafa səpələnmiş bədən hissələrini toplamaqda çətinlik çəkdiyi bildirilib. Həmçinin israil ordusu Hərbi Hava Qüvvələrinin HƏMAS-ın qərargah olaraq istifadə etdiyi Tabin məktəbini bombaladığını açıqlayıb.
Fələstin Rəyasət Heyətinin sözçüsü və informasiya naziri Nabil Əbu Rudeyne açıqlamasında məktəbə hücumun İsrailin Qəzzada və İordan çayının qərb sahilində hər gün törətdiyi qırğınların davamı olduğunu bildirib. Əbu Rudeyne qeyd edib ki, bu hücum İsrailin şübhəli beynəlxalq sükut qarşısında “kütləvi qətllər və gündəlik qətllər siyasəti” ilə Fələstin xalqını məhv etmək səylərini təsdiqləyir. ABŞ-ın İsrailə silah və hərbi texnika alması üçün 3,5 milyard dollar verəcəyini açıqladığı bir vaxtda Qəzza xalqına qarşı yeni bir qətliam törədildiyinə diqqət çəkən Əbu Rudeyne, “Bu və digər qətliamların məsuliyyəti ABŞ-dır"-dedi.
Mənbə: sabah.com.tr
Tərcümə etdi: Arzu İbrahimova
