Yerlikaya sosial media hesabında polis və jandarma qruplarının bir həftə ərzində həyata keçirdiyi yol yoxlamaları ilə bağlı məlumatları paylaşıb.

Təhlükəsizlik kəmərindən istifadənin yol qəzaları nəticəsində can itkisini 45 faiz, ağır yaralanmaları isə 60 faiz azaltdığını bildirən Yerlikaya avtobuslar da daxil olmaqla bütün nəqliyyat vasitələrində sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən taxmasının qanuni bir öhdəlik olduğunu xatırladıb.
Yerlikaya polis və jandarma yol qruplarının qanunvericilikdə icazə verilməyən nəqliyyat vasitələrinə işıq və ya səsli xəbərdarlıq nişanı (strob) olan cihazlar quraşdıraraq istifadə edən 210 sürücü haqqında tədbir gördüyünü ifadə edərək, bunları deyib:
“Digər əməliyyatlarla birlikdə ümumilikdə 436 min 589 nəqliyyat vasitəsi, o cümlədən 127 min 384 sürət həddinin aşılması, 26 min 288-i dövri texniki baxışdan keçirilmədən, 17 min 569-u təhlükəsizlik kəməri olmadan, 15 min 151-i sürücülük vəsiqəsi olmadan və 9 min 891-i məcburi sürücülük kimi hallar qeydə alınıb".
Mənbə: Cnnturk.com
Tərcümə etdi: Arzu ibrahimova
