Bu gün:

Prezident Ərdoğan İsmayıl Haniyənin oğullarını qəbul edib


Prezident Ərdoğan Çukurova Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra İstanbula gəlib.

Ərdoğan Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin oğulları Əbdüsselam və Hemmam Haniyəni qəbul edib. 

Qəbul zamanı prezident Ərdoğan İsmayıl Haniyənin şəhadəti ilə bağlı başsağlığı verib. 

Qəbulda Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin baş müşaviri Sefer Turan da olub.

Mənbə: Hüriyyet.com.tr

Tərcümə etdi: Arzu İbrahimova

Paylaş
Şərh əlavə et