Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Ukrayna raketinin Kurskda yaşayış binasına düşməsi nəticəsində 13 nəfərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

"Təəssüf ki, ukraynalı terrorçuların hücumu nəticəsində hazırda 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerində bir neçə təcili yardım briqadası işləyir", - bu haqqda o, Telegram-kanalında yazıb.
Yanğının söndürüldüyü, binanın yükdaşıyan konstruksiyalarına ziyan dəymədiyi də bildirilib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kursk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Aleksey Smirnov bildirib ki, daha əvvəl vurulmuş Ukrayna raketinin Rusiyanın Kursk şəhərində yaşayış binasının üzərinə düşməsi nəticəsində yanğın baş verib. Kursk şəhərinin meri İqor Kutsak hadisə yerində olduğunu və avtomobillərin də raketdən zədələndiyini bildirib.
Mənbə: Tass.com
Tərcümə etdi: Arzu ibrahimova
