İsrail ordusu Livanın cənubuna şiə Hizbullah hərəkatının hərbi obyektlərini hədəfə alaraq bir sıra yeni zərbələr endirib. Bu haqqda ordunun mətbuat xidməti xəbər verir.

Xüsusilə hərbçilər Tayr Harfa qəsəbəsi yaxınlığında Hizbullah silahlı birləşmələrinin bir üzvünün olmasını qeydə alıblar. Hərbçilər Hilat əd-Dəba və Hula yaşayış məntəqələrinin ərazilərində reaktiv yaylım atəşi sistemlərinin mövcudluğunu aşkar ediblər.
Bundan əlavə, ötən gün İsrail Hərbi Hava Qüvvələri buraxılmağa hazır olan “Hizbullah”a məxsus PUA və yaxınlıqda olan şiə hava qüvvələri bölməsindən bir radikala hücum edib.
Mənbə: Tass.com
Tərcümə etdi: Arzu İbrahimova
