Boğulma bir neçə dəqiqə ərzində insanı öldürən səssiz epidemiyadır.
Kral Milli Xilasetmə Qayıqları İnstitutundan (RNLI) Kate Eardley deyir: "İnsanlar boğulmanın televiziyadakı kimi çox səs-küylü, sıçrayan bir şey olmasını gözləyirlər". Amma əslində, Erdlinin fikrincə, bu, çox güman ki, "balaca bir uşaq gölməçəyə və ya dənizə girir və heç kim heç nə eşitmir".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada təxminən 250 000 insan suda boğulma nəticəsində ölür, 82 000 qurban isə 14 yaşdan kiçikdir.
Dr.Meddings, hökumətlərin suda boğulma hallarını azaltmaq öhdəliyi götürdükdə buna nail olmağın çətin olmadığını vurğulayaraq, ən böyük maneənin “məlumatsızlıq” olduğunu qeyd edib.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə