Bu gün:

Yusuf Dikeçin atış tərzi məşhur oldu


Paris 2024 Olimpiya Oyunlarında komanda yoldaşı Şevval İlayda Tarhanla 10 metr pnevmatik tapança ilə qarışıq komanda yarışında Türkiyəyə gümüş medal qazandıran və atış tərzi ilə fenomenə çevrilən Yusuf Dikeçin təsiri idman meydanlarında da özünü göstərib. Öz üslubu ilə dünya miqyasında diqqət çəkən milli atletin linza, göz qapaqları, qulaq qoruyucu kimi köməkçi vasitələrdən istifadə etmədən bir əli cibində atış tərzi müxtəlif sahələrdə idmançıların sevinc nümayişinə çevrilib. İdmançılar sevinclərini "Yusuf Dikeç pozası" ilə ifadə etməyə başlayıblar.

Mənbə:  NTV

Tərcümə etdi:  Nəzri Süleymanova 

Paylaş
Şərh əlavə et