Sergiev Posadın rəhbəri Dmitri Akulov və yerli çoxfunksiyalı mərkəzin (MFC) rəhbəri Yuliya Kaminskaya korrupsiya cinayətləri törətməkdə, yəni rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə TASS Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, rüşvət almaqda şübhəli bilinən Akulov, həmçinin rüşvət verməkdə və dələduzluqda şübhəli bilinən Kaminskayaya qarşı cinayət işi açılıb. Ümumi məbləğinin 15 milyon rubl olduğu açıqlandı.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari