Rusiya və Çin səlahiyyətliləri Changluihao turist qatarını işə salıb. Bu barədə Rusiya Federasiyasının Şenyandakı Baş Konsulluğu özünün Telegram kanalında məlumat yayıb.
Şimal-Şərqi Çinin Hunçun şəhərində ilk uçuşun açılış mərasimi baş tutub. Beynəlxalq sərnişin qatarının marşrutunun üç mərhələdə həyata keçirilməsi planlaşdırılır: birincisi Çində Tumannaya çayı boyunca, ikincisi Hunçun-Vladivostok, üçüncüsü Hunçun-Vladivostok-Moskva.
Bundan əvvəl rusiyalı turistlərin Çinə səyahətə böyük maraq göstərdiyi bildirildi. Rusiya Səyahət Sənayesi Assosiasiyasının (RST) məlumatına görə, Asiya ölkəsi 2024-cü ilin yayında ən sürətlə inkişaf edən istiqamətlər sırasında olub.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari