Birləşmiş Aviasiya Korporasiyası (UAC) bildirib ki, yeni çoxfunksiyalı SU-30SM2 qırıcı təyyarələri istehsal edilərək Rusiya Müdafiə Nazirliyinə təhvil verilib. UAC-ın məlumatına görə, yeni reaktiv təyyarələr bir neçə yüz kilometr məsafədə hava, quru və dəniz hədəflərinə zərbələr endirməyə qadir olan ən müasir yüksək dəqiqlikli silahlarla təchiz edilib.
Korporasiya vurğulayıb ki, SU-30SM2 qırıcı təyyarələri Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi təyyarələrin inkişafının növbəti mərhələsidir. Bildirilib ki, modernləşmədən sonra onların döyüş potensialı artıb.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari