Fringe-ə baxmısınızsa, aşağıdakı fotonun simvolik səhnələrdən biri olduğunu xatırlayacaqsınız. Başqa bir kainatda fərqli qərarlar verən və fərqli bir həyat yaşayan bir sən olduğunu təsəvvür etmək hamımız üçün xoş bir beyin məşqidir. Bu gün elmi-fantastik əsərlərdən tutmuş elmi məqalələrə qədər bir çox sahədə məşhur olan paralel kainat anlayışı insanların təxəyyülünü və maraq dairəsini cəlb edir. Elmi fantastika filmlərindən tutmuş ədəbi əsərlərə qədər bir çox əsərdə paralel kainatların varlığına və bu kainatların müxtəlif versiyalarında yaşayan fərdlərin hekayələrinə tez-tez rast gəlinir.
Kainatda bizim başqa bir versiyamız ola bilərmi?
Əslində, hazırda bu suala “düzgün” cavab tapmaq mümkün deyil. Paralel kainat nəzəriyyələri müasir fizikanın və kosmologiyanın maraqlı sahələrindən birini təşkil edir. Bu nəzəriyyələr kainatın təkcə müşahidə etdiyimiz ölçüdə deyil, həm də müxtəlif fiziki qanun və şərtlərlə bir çox başqa ölçülərdə mövcud ola biləcəyini göstərir. Paralel kainat üfüqi müstəvidə eyni anda iki fərqli dünyanın varlığı kimi təsəvvür edilsə də, nəzəriyyələr əslində bir az daha mürəkkəb və əhatəlidir.
Kainatın paralel qolları müxtəlif qərar və hadisələr zəncirinin mümkün nəticələridir. İnsan azad iradəsi ilə paralel kainatlar arasındakı əlaqə olduqca mürəkkəbdir. Fərqli bir kainatda fərqli bir qərar vermənin o kainatdakı həyatın gedişatını dəyişdirə biləcəyi düşünülür. Hər bir qərarın kainatın fərqli bir qolunda fərqli bir reallıq yarada biləcəyi mürəkkəb bir şəbəkə ehtimalı var. Beləliklə, sizin başqa bir versiyanızın olduğunu qəbul edirsinizsə, bu, sadəcə bir deyil, bəlkə də milyonlarla versiyanın olduğunu qəbul edirsiniz. Bu vəziyyət çoxlu evren hipotezini ortaya qoyur.
Mənbə: BilimUP
Tərcümə etdi: Günay Məmmədova