"Keçmişdə K-pop qrupları qlobal musiqi bazarına çıxanda onlara öz musiqiləri ilə rəqabət aparmağa çalışan rəqiblər kimi baxılırdı. Lakin Blackpink öz nüfuzuna uyğun şəkillər və görünüşlər nümayiş etdirərək diqqəti cəlb edir.
“Onlar Qərb pop ulduzları ilə eyni mövqedə olmaqla bir çox insanın ikonik sima kimi can atdığı bir obraz yaratdılar ki, bu da onları diqqətəlayiq edir”.
Bir sıra hit mahnılar buraxan Blackpink karyerasını ilk 24 saatda ən çox baxış toplayan və 2022-ci ildə "Pink Venom" mahnısı ilə YouTube-da 100 milyon baxışı keçən ən sürətli K-pop qrupu kimi müxtəlif rekordlarla möhkəmləndirdi. Musiqi "Pink Venom"un videosu yayımlandığı ilk gündə 90 milyondan çox baxış toplayıb. 94,5 milyon izləyicisi ilə Blackpink həm də YouTube-da ən çox izlənilən musiqi aktı adına sahibdir.
YouTube rekordları da daxil olmaqla, qrup illər ərzində cəmi 12 Ginnesin Rekordlar Kitabına düşüb. İkinci studiya albomu olan "Born Pink" ilə qrup Birləşmiş Krallığın Rəsmi Qrafiklərində və Amerika Birləşmiş Ştatlarının Billboard-da albom cədvəlində birinci yeri tutaraq siyahılarda birinci olan ilk K-pop qız qrupu olaraq daha bir dünya rekordu qazandı.
Bu ayın əvvəlində axın platformasına görə qrup bu yaxınlarda Spotify-da 13 milyard yayım həddinə çatdı. Debütündən bəri platformada cəmi 32 mahnı ilə 100 milyondan çox yayım sayı toplayıb və keçən il dünyanın ən çox yayımlanan qız qrupu olub.
Qrupun ən çox yayımlanan mahnıları – "How You Like That", "Kill This Love", "Pink Venom", "DDU-DU DDU-DU" və "Shut Down" – platformada ümumilikdə 4 milyardı ötüb.
Mənbə: thekoreatimes.co.kr
Tərcümə etdi: Aydan İbrahimli