NASA Yerə 10 Milyon Mil (16 milyon km) məsafədən lazer mesajı göndərdi. Bu, indiyə qədər göndərilən ən uzun lazer mesajı idi. İş yaxın illərdə kosmosdan Yerə sürətli təsvirlərin ötürülməsinə imkan verəcək. NASA bu yaxınlarda bizə mesajları lazer vasitəsilə demək olar ki, 16 milyon kilometr (10 milyon mil) məsafəyə ötürməyə kömək edə biləcək mühüm texnologiya nümayiş etdirdi.
Bu, Yerdən təqribən 40 dəfə uzaqdır və 2023-cü ilin noyabrında əldə edilən nailiyyət ilk dəfə belə bir məsafəyə optik rabitənin göndərilməsini əks etdirir.
NASA deyir ki, biz nəhayət əhəmiyyətli gecikmə olmadan Marsa və ondan yüksək dəqiqlikli video mesajlar göndərə biləcəyik. Bu, çox ehtiyac duyulan texnologiyaya doğru böyük bir addım kimi qiymətləndirilir.
Sciencealert tərəfindən dərc edilən məqaləyə görə, sınaq NASA-nın Dərin Kosmosda Optik Rabitə (DSOC) təcrübəsinin bir hissəsi idi və rabitə əlaqəsinin uğurla qurulması "ilk işıq" kimi tanınır.
Mənbə: haber7.com
Tərcümə etdi: Aydan İbrahimli