Corc Rassel deyir ki, "Mercedes"in son geridönüşü ona 2025 Formula1 mövsümündə ilk çempionluğunu hədəfləmək imkanı verir. Russell 2022-ci ildə "Mercedes F1" komandasına qoşulub və ötən dövrdə alman istehsalçısının yaşadığı problemlərə görə çempionluq uğrunda mübarizə apara bilməyib. Lakin bu yavaş-yavaş dəyişməyə başlayır, çünki "Mercedes" zirvəyə qayıtmağın yolunu tapıb. Rasselin bu il titul qazanacağı gözlənilməsə də, 2025-ci ilə ümidlər böyükdür.

Bu mövsümü titul problemi üçün vacib bir il kimi görüb-görmədiyi sualına Russell: "Bəli, mütləq. Düşünürəm ki, avtomobili qələbələr üçün mübarizə apara biləcəyimiz yerə çatdırmaq baxımından çətin bir neçə il oldu. Ancaq 2025-ci ilə doğru irəlilədikcə, mövsümün ikinci yarısı üçün çox motivasiyalı və həyəcanlıyam. Mövcud rəqabət səviyyəsinə nəzər salsaq, titul uğrunda mübarizə aparmamağımız üçün heç bir səbəb yoxdur. Mövsüm Monrealda başlasaydı, çempionat sıralaması çox, çox fərqli olardı. Deməli, əla olacaq. Düşünürəm ki, bütün digər komandalarda, McLaren, Ferrari və bizdə irəli getmək üçün çox motivasiya var. Ona görə də bu, şübhəsiz ki, asan olmayacaq. Amma gələn il daha yaxşı mübarizə aparacağımızı düşünürəm".

"Avstriya və Barselonada olduğu kimi tempimizin bir az aşağı düşməsi bu mövsüm, əslində, olduqca qəribə idi. O zaman cavabımız yox idi. Açığı, bunun temperaturla əlaqəsi olduğunu düşünürük", – deyə o bildirib.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
