Bu gün:

Yaponiyada meqazəlzələ riski


Yaponiya ilk dəfə olaraq yaxın gələcəkdə baş verə biləcək "böyük zəlzələ" riskinin artması ilə bağlı xəbərdarlıq edib.


Xəbərdarlıq yerli vaxtla cümə axşamı gecə verilib və insanlara ayıq-sayıq olmaları, lakin evakuasiya etməmələri bildirilib. Həmçinin vurğulanıb ki, xəbərdarlıq böyük zəlzələnin yaxınlaşması demək deyil, ehtimalın həmişəkindən daha yüksək olduğunu göstərir.

Bu, Kyuşu adasının cənubunda baş verən 7,1 bal gücündə zəlzələdən bir neçə saat sonra baş verib.

Lakin ekspertlər zəlzələnin episentrinin harada yerləşdiyinə görə - Yaponiyanın Sakit okean sahilləri boyunca uzanan seysmik aktivlik zonası olan Nankai çuxurunun kənarında olduğuna görə gücləndirilmiş xəbərdarlıq vəziyyətinə gətirilib.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et