Bu gün:

Çində pensiya yaşı artırılacaq?


70 ildən sonra ölkə nəhayət qanunla müəyyən edilmiş pensiya yaşını qaldırır, bu qərar iyul ayında elan edildikdə dərhal etirazlara səbəb oldu.


Qərar bu yaxınlarda keçirilmiş böyük siyasi toplantıda, Üçüncü Plenumda qəbul edilmiş yüzlərlə islahat tədbirləri arasında idi. İclasın sənədində deyilir ki, bu addım “könüllülük və çeviklik prinsiplərinə uyğun olaraq” atılacaq.

Təqaüdçülərin sayı və işçi qüvvəsi azaldıqca, Pekin dünyanın bir çox yerlərində siyasi baxımdan qeyri-populyar addım olan pensiya yaşının artırılması kimi sərt, lakin zəruri çağırışla üzləşir.

Mənbə: The Straits Time

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et