Bu gün:

Qəhrəman ata timsahın hücumunda öldürüldü


Avstraliyalı üç uşaq atası yolun ayrılması nəticəsində çaya düşərək timsah tərəfindən öldürülüb.

Dr Dave Hogbin arvadı və üç oğlu ilə birlikdə Kvinslenddə tətildə olarkən çayın sahili çıxıb və o, Kuktaun şəhərində Annan çayına düşüb.

Arvadı onu sudan çıxartmağa çalışsa da, o da çayın sahilindən aşağı sürüşməyə başlayıb və onun qolunu buraxmasını istəyib. Ailəsi onu "qəhrəman" adlandıraraq, "son fədakar hərəkətini" alqışlayıb.

Kvinslend polisi, Kuktaunda timsahda tapılan insan qalıqlarının şənbə günü itən Yeni Cənubi Uelsdən olan 40 yaşlı bir kişiyə aid olduğuna inandıqlarını söylədi. Qalıqlar hələ ki, rəsmi olaraq müəyyən edilməyib.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et