Bu gün:

ABŞ-ın İraqdakı aviabazasına raket hücumu edilib


Amerika mediasında əks olunan və adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan xəbərə görə, İraqdakı ABŞ hava bazasına hücum edilib.

Hücumla bağlı ilk qiymətləndirməni edən ABŞ rəsmiləri Əl Əsəd hava bazasına edilən hücumun raket hücumu olduğunu və hücumda bəzi Amerika əsgərlərinin yaralandığını bildirib. 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisə ilə bağlı hələ rəsmi açıqlama verməsə də, İran və İsrail arasında artan gərginliyin davamı olaraq sözügedən hücumun İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirilib-keçirilmədiyi hələlik məlum deyil.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Arzu İbrahimova

Paylaş
Şərh əlavə et