Sevdiyin, yenicə aldığın və ya son dişləmən olan o ləzzətli yeməyi yerə atanda, bəlkə də əyilib götürmək istəyirsən. Siz hətta ümidsizcəsinə beş saniyə qaydasını düşünürsünüz. Beləliklə, qidanın beş saniyə ərzində çirklənməməsi həqiqətən mümkündürmü?

Düşən yeməyin beş saniyə ərzində çirklənməməsi qaydası haradan gəlir?
Beş saniyə qaydası Çingiz xanın dövrünə gedib çıxır. Çingiz xan sarayında ziyafətlər verir. Bişmiş yeməklər və digər yeməklər yerə qoyulur. Bir ziyafət zamanı Çingiz xan xaqanlar üçün hazırlanan xörəklərin (monqol və türk icmalarında hökmdarlara verilən ad) on iki saat kimi uzun müddət yerdə qalsa belə xarab olmayacağını söylədi və yenidən istehlak edilə biləcəyini dedi. Çünki Çingiz xan xaqanlar üçün hazırlanan xörəklərin xüsusi olduğunu və bu yeməklərin heç bir zərəri olmadığını düşünürdü. Amma bu qayda reallığı əks etdirmir. Qida bir saniyə kimi qısa müddətdə yerə toxunsa belə, bakteriyaların qidaya keçməsi kifayətdir. Ancaq unutmaq olmaz ki, yerə düşən qida bir saniyəlik müddətdə beş saniyəyə nisbətən daha az bakteriya ilə çirklənir.
Bəs, ətrafımızdakı əşyaların üzərində çoxlu bakteriya olmasına baxmayaraq niyə biz xəstələnmirik?
Hətta təmiz hesab etdiyimiz bir çox əşyanın tərkibində çoxlu bakteriya var. İnsanların ətrafı bu qədər bakteriya ilə əhatə olunsa da, onların daimi xəstəlik halında olmaması ağlında sual işarəsi yaradır. Yəni hər bakteriya insanı xəstə etmir. İnsandan daha güclü müdafiə sisteminə malik olan bakteriyalar insanları xəstələndirir. Bundan əlavə, araşdırmalar göstərir ki, yerə düşən nəmli və yaş qidalar quru qidalardan daha çox bakteriya daşıyır. Bunun səbəbi; Nəm yerlərdə e coli, salmonella və Listeria bakteriyaları kimi bakteriyaların böyüməsidir. Bakterial infeksiyaların sayına təkcə qida növü deyil, həm də yeməyin düşdüyü yer təsir edir. Nəm zəminə düşən qida, xalça kimi quru yerə düşən qidadan daha çox bakteriya ehtiva edir. Bu səbəbdən immunitet sisteminiz zəifdirsə, yerə düşmüş yeməkləri götürməzdən əvvəl iki dəfə düşünsəniz yaxşı olar.
Mənbə: BilimUP.com
Tərcümə etdi: Günay Məmmədova.
