Bu gün:

Qlobal istiləşmə


Qlobal istiləşmə 21-ci əsrin ən böyük ekoloji problemlərindən biri kimi qarşıya çıxır. Atmosferdə isti qazların artması ilə bütün dünyada temperatur yüksəlir və iqlim dəyişiklikləri baş verir.

Bu yazı qlobal istiləşmənin səbəbləri və təsirləri və gələcəkdə bizi nələrin gözlədiyinə diqqət yetirəcək.

Qlobal istiləşmənin səbəbləri:

Qlobal istiləşmənin əsas səbəblərinə insan fəaliyyəti və təbii proseslər daxildir. İnsan fəaliyyətinə qalıq yanacaqların yandırılması, meşələrin qırılması və sənaye istehsalı kimi amillər daxildir. Bu fəaliyyətlər atmosferdə karbon dioksid (CO₂), metan (CH₄) və azot oksidi (N₂O) kimi istixana qazlarının artmasına səbəb olur. Təbii proseslərə vulkan püskürmələri və günəş fəaliyyəti kimi elementlər daxildir. Bununla belə, keçən əsrdə müşahidə edilən temperatur artımlarının çoxu insan fəaliyyəti ilə əlaqədardır Bu bəladan xilas olmaq üçün 1-1,5 trilyon ağacın əkilməsi lazım olduğunu söylədilər.

Qlobal istiləşmənin təsirləri

Qlobal istiləşmə bütün dünyada müxtəlif ekoloji, iqtisadi və sosial təsirlər yaradır. Bunlardan bəziləri bunlardır:

Ətraf mühitə təsirlər:

1. Buzlaqların əriməsi: Arktika və Antarktika bölgələrində buzlaqların sürətlə əriməsi dəniz səviyyəsinin qalxmasına səbəb olur. Bu vəziyyət sahil bölgələrində yaşayan milyonlarla insanı təhdid edir.

2. Ekstremal Hava Hadisələri: Artan temperatur qasırğa, daşqın və quraqlıq kimi ekstremal hava hadisələrinin tezliyini və şiddətini artırır.

İqtisadi və Sosial Təsirlər:

1. Sağlamlığa təsirləri: Artan temperatur və havanın çirklənməsi tənəffüs yolu xəstəlikləri, ürək xəstəlikləri və yoluxucu xəstəliklərin yayılması riskini artırır.

2. Miqrasiya və Sosial Münaqişələr: İqlim dəyişikliyi ilə əlaqədar yaşayış sahələrinin azalması, su ehtiyatlarının tükənməsi və kənd təsərrüfatı torpaqlarının münbitliyi insanların kütləvi köçlərinə və sosial qarşıdurmalara səbəb olur

Dünya ölür və biz hələ də qalıq yanacaqlardan istifadə etməyə davam edirik. Ən qısa zamanda heç bir addım atılmazsa, dünya cəhənnəmə dönəcək və həyat və təkamül ilk dəfə təbiət tərəfindən məğlub olacaq...

Mənbə: evrimağacı.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et