Arnavutköy Yeniköy məhəlləsindəki xalq çimərliyinə gedən Özkan Turan partlamamış minaatan mərmisi tapıb.

Minaatan mərmisi Turan və ətrafdakı insanlar tərəfindən sahilə gətirilib. Xəbər üzərinə gələn Polus qrupları güllə ətrafında təhlükəsizlik çevrəsi yaratdı.
Qruplar hadisə yerində araşdırmalar apararkən xalq çimərliyinə girişləri bağladı. Partlayıcı maddələr üzrə ekspertlərin ilkin müayinələri nəticəsində minaatan gülləsinin diametri 107 millimetr olduğu müəyyən edilib.
Uzun müddət suda qaldığı üçün köhnəlmiş minaatan gülləsinin mənşəyi hələ müəyyən edilməsə də, hadisə yerində aparılan müayinədən sonra güllə qruplar tərəfindən saxlanılıb.
Mənbə: Cumhuriyet.com.tr
Tərcümə etdi: Arzu İbrahimova
