Nazirlikdən verilən yazılı açıqlamada deyilir: "Nazirimiz 4-5 avqust 2024-cü il tarixlərində Misirə rəsmi səfər edəcək. Görüşlər zamanı ikitərəfli əlaqələrimizlə yanaşı, cari beynəlxalq və regional hadisələrin də ikitərəfli münasibətlərin inkişaf etdirilməsi nəzərdə tutulur".

Türkiyə ilə Misir arasında münasibətlər son zamanlar sürətlənib.
Prezident Rəcəb Tayyib Ərdoğanın 12 ildən sonra fevralın 14-də Misirə rəsmi səfəri Türkiyə-Misir münasibətlərində mühüm mərhələ oldu. Səfər zamanı iki ölkə arasında Prezidentlərin həmsədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyinə dair birgə bəyannamə imzalanıb. Nazir Fidan və həmkarı Abdellaty arasında keçiriləcək görüşdə Misir prezidenti Sisinin Türkiyəyə səfəri zamanı keçiriləcək bu ilk Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Bundan əlavə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində imzalanması planlaşdırılan 20-yə yaxın sazişlə bağlı mövcud vəziyyət dəyərləndiriləcək.
İki ölkə arasında 10 milyard dollara yaxın olan ticarət həcminin 15 milyard dollara çatdırılması hədəflənir. Danışıqların əsas gündəmi Fələstindir.
Qəzzada baş verən hadisələr, Fələstin məsələsi, Qəzzayə humanitar yardımlar və bölgədə artan gərginlik nazir Fidanın səfərinin əsas gündəm bəndləridir. Bundan əlavə, Liviya, Sudan və Somalidəki inkişafların hərtərəfli qiymətləndirilməsi gözlənilir.
Mənbə: Yenisafak.com.tr
Tərcümə etdi: Arzu İbrahimova
