Bu gün:

İran HƏMAS liderinin ölümünə görə qisas alacaq


İran İslam İnqilabı Keşikçiləri Korpusu Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində İsraili günahlandırır və uyğun zamanda qisas almağı planlaşdırır.

İyulun 31-də Fələstin HƏMAS hərəkatı Haniyənin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü bildirib. Al Hadath telekanalının verdiyi məlumata görə, Haniyə birbaşa raket zərbəsi nəticəsində dünyasını dəyişib. HƏMAS siyasi bürosunun rəis müavini Musa Əbu Mərzuk Haniyənin öldürülməsinin cavabsız qalmayacağına söz verib.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et