Maduro ABŞ və Maskı Venesuelada çevriliş cəhdlərinə rəhbərlik etməkdə günahlandırır.

Bolivar respublikasının prezidenti Nikolas Maduro mətbuat konfransında deyib ki, Venesuelada uğursuz dövlət çevrilişi cəhdinin arxasında ABŞ və amerikalı sahibkar Elon Mask dayanır.
"Bu, ABŞ və sahibkar Elon Mask, Argentina prezidenti Xavyer Milei və digər sağçı faşistlər tərəfindən təşkil edilən çevrilişdir",- deyə Maduro qeyd edib.
İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurası bülletenlərin demək olar ki, 97 faizini hesabladıqdan sonra elan edib ki, Maduronu seçicilərin 51,95 faizi dəstəkləyib. Onun rəqibi, ifrat sağçı müxalifətdən olan Edmundo Qonzales 43,18% səs toplayıb. Hələ seçki günü müxalifət lideri Korina Maçado bildirib ki, Qonzalesin təşviqat komandası seçkilərin nəticələrini tanımayacaq.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
