Bu gün:

"İndiki gənclik iyirmi-otuz il bundan əvvəlki gənclik deyil"


24media.az-ın "1 sual 1 cavab" rubrikasının növbəti qonağı Təhsil eksperti Elmin Nurizadədir. O, "Mövcud faktlara əsasən tələbənin universitetə daxil olmaq qərarına təsir edən ən mühüm amillər hansılardır? Bu qərarda diplom almaq, biliklər əldə etmək və ailə gözləntiləri nə dərəcədə rol oynayır?",– mövzusuna toxunub. 


Bizim cəmiyyətdə tələbələrin universitetə qəbul olmaq qərarı heç bir şəkildə birmənalı qarşılanmamalıdır. Bunu iki qrupa bölək: məqsədli və kortəbii. Ürək ağrısıyla deyirəm ki, bu gün universitetə qəbul olan gənclər bunu "kortəbii" şəkildə həyata keçirirlər. Burada valideynin, ətrafın diqtəsi, fərqinə varılmayan rəqabət və gələcəklə bağlı hədəf toplusunun olmaması rol oynayır. Valideylərin uşaqlarının hədəfini, gələcəklə bağlı fikirlərini öyrənmədən universitetdə görmək istəyi cəmiyyətimizdə çoxluq təşkil edir. Belə insanlar üçün universitet hədəflər paketi yox "olum" və "ölüm" mübarizəsinin bir elementi olur. Son 30 ildə minlərlə gənci bu şəkildə iflic ediblər. Bu gün uşaq imtahan verəndə təkcə universitetə getməyə yox, valideynlərinin qonşu ilə rəqabətini düşünür. Yəni yüklənmiş şəkildə imtahan verir. Abituriyentlərin zəif nəticə göstərmələrinin bir səbəbi də budur. Bu gün bizim gənclərin hədəfi yoxdur. İndiki gənclik iyirmi-otuz il bundan əvvəlki gənclik deyil, hazırda internet və süni intellektdən istifadə etməyi bacaran gəncliyin ixtisas seçimi zamanı "mən bilmirəm nə olacağam, nə olursa, yazın", – deməsi arzuolunmazdır. Hədəfsiz gənclik nə təhsildə, nə də iş dünyasında uğurlu ola biləcək.


Arzu İbrahimova

Paylaş
Şərh əlavə et