
Cümə axşamı Şimali Paris Arenada Paris Olimpiadasında qadınlar arasında 54 kiloqram çəki dərəcəsində keçirilən boks yarışının 1/4 finalında Im kolumbiyalı Yeni Ariası 3:2 hesabı ilə məğlub etdi.
Yarımfinala yüksəlməklə İm özünü ən azı bürünc medala əmin etdi. Boksda üçüncü yer uğrunda döyüş olmayacaq və yarımfinalda məğlub olan iki idmançının hər biri bürünc medal qazanacaq.
Bu, Cənubi Koreyanın son 12 ildə ilk boks medalı, qadın boksunda isə ilk medalı olacaq.
Mənbə: The Korea Times
Tərcümə etdi: Nəzri Süleymanova
