Məntiqli olan odur ki, klaviaturalarımızdakı rəqəmlər 123..890 deyil, 0123...9-dur. Bəs niyə bu şəkildə alt-üst olur?

Cavab klaviaturaların tarixindədir:
İnanmaq çətin olsa da, köhnə yazı makinalarında nə 0 rəqəmi var idi, nə də 1. O vaxtlar makinada rəqəmlər 2-dən başlayıb 9-a qədər gedirdi.
Bəs 0 və 1 necə yazılıb? Bu sadədir: O və I ilə. Böyük "o" və kiçik "L" hərfi ilə!
Müasir rəqəmsal şriftlərin bəzilərində bu simvollar rəqəmlərə çox bənzəməsə də, yazı makinalarında bu ikisi arasında demək olar ki, heç bir fərq yox idi. Bu səbəbdən düymələrə qənaət etmək üçün 0 və 1 rəqəmləri daxil edilməyib. Çünki düymələr artıq kifayət qədər yer tuturdu və mexaniki maşınlarda bu düymələrin birləşmələri kifayət qədər problemli idi. Bu gün gülməli görünsə də, o dövrdə iki açarı saxlamaq vacib idi.
Sonralar ilk növbədə yazı maşınlarının rəqəm düymələrinə 0 əlavə edildi. Bunun səbəbi texnologiyanın inkişafı və qəbul tələblərinin artması ilə əlaqədar olaraq 0, yəni O əvəzinə böyük “o” hərfindən istifadə səmərəliliyi aşağı salırdı.
Soruşursan niyə? Çünki O hərfini yazmaq üçün makinada Shift düyməsini də sıxmaq lazımdır. Bu vaxt itkisi, hətta saniyənin bir neçəsi, uzun müddətdə erqonomik problemlər yaratdı. Buna görə də yazı makinasının açarları arasında O-nun qoyulması qərara alındı.
Lakin rəqəmlərin 0234...89 kimi getməsi qəribə olacağı üçün 9 rəqəminin sağına O rəqəmi əlavə edilib: Yəni klaviaturada rəqəmlərin sırası 234...890 oldu.
1 nömrəsi sonradan əlavə edildi. Bunun səbəbi texnologiyanın inkişafı ilə getdikcə rəqəmsallaşan və istehsal qiymətləri azalan yazı maşınlarında və digər yazı alətlərində (məsələn, klaviatura kimi) belə kiçik qənaətə ehtiyac qalmaması idi.
1 rəqəmi lazım olduğu kimi ən sol tərəfə əlavə olunur. Lakin insanlar artıq 0-ı əvəz etməyə öyrəşdikləri üçün heç bir istehsalçı 0-ı onunla əvəz etməyi düşünmür. Beləliklə, ənənəvi və tarixi səbəblərdən klaviaturalarımızda rəqəmlərin sırası 123...890 oldu.
Mənbə: Evrimagaciofficcial
Tərcümə etdi: Günay Məmmədova
