“Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv olan ölkələr Rusiya prezidenti Vladimir Putinin Avrasiyada vahid təhlükəsizlik sisteminin yaradılması təşəbbüsünə maraq göstərib”,-xarici işlər naziri Sergey Lavrov bildirib.

"ASEAN-a üzv dövlətlər artıq qeyd etdiyim prezident Putinin bölünməz və bərabərhüquqlu Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılması təşəbbüsünə maraq göstəriblər. ASEAN bu mövzuda əsaslı söhbətə hazırdır", - o deyib.
Lavrovun sözlərinə görə, Qərb öz növbəsində Rusiya və Çini cilovlamaq kimi açıq-aşkar məqsədlə regionda daha dar qarşılıqlı fəaliyyət formatlarını təşviq edir. "Bizim ASEAN tərəfdaşlarımız bunu çox gözəl başa düşürlər" - baş diplomat vurğulayıb.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
