Bu gün:

200-ə yaxın gəminin iştirak etdiyi hərbi parad


İyulun 28-də Sankt-Peterburqda, Donanmaların və Xəzər Donanmasının əsas bazalarında və Aralıq dənizindəki hərbi-dəniz əməliyyat qrupunun bazasında 200-ə qədər gəmi və qayığın nümayişi gözlənilən dəniz paradları qeyd olunacaq. Bu informasiyanı Rusiya Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyi bildirib.


“2024-cü il iyulun 28-də Sankt-Peterburqda Şimal, Baltik və Sakit Okean Donanmalarının, Xəzər Donanmasının əsas ev bazalarının akvatoriyalarında Rusiya Hərbi Dəniz Qüvvələri Gününə həsr olunmuş hərbi-dəniz paradları və hərbi idman festivalları keçiriləcək”, - nazirlik bildirib.


Sankt-Peterburqda və Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas bazalarında Hərbi Dəniz Qüvvələri Gününə həsr olunmuş bayram tədbirləri konsertlər, hərbi orkestrlərin çıxışları və bayram atəşfəşanlığı ilə yekunlaşacaq.


"2024-cü ildə hərbi dəniz komponenti çərçivəsində Baş Dəniz Paradına, dəniz paradlarına və hərbi idman şənliklərinə 200-ə qədər gəmi və müxtəlif dərəcəli qayıqlar cəlb olunub. Həmçinin hərbi hissədə 100-dən çox hərbi texnika və 15 minə qədər hərbçi iştirak edir”, - nazirlikdən bildirilib.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et