Bu gün:

Bu qan qrupu ilə doğulan uşaqlar daha ağıllı olur


Genişmiqyaslı araşdırmalar nəticəsində əldə edilən məlumatlara görə, qan qruplarının idrak qabiliyyətlərinə təsiri ilə bağlı mühüm tapıntılar ortaya çıxıb. Uşaqların idrak qabiliyyətləri ilə qan qrupları arasındakı əlaqəni araşdıran tədqiqatçılar bu sahədə biliklərimizi dərinləşdirməyə kömək ediblər.

A qrupu qanı olan insanlar yaradıcılıq, zəka və əməkdaşlıq kimi müsbət xüsusiyyətlərlə əlaqələndirilir, onların mənfi adlandırılan xüsusiyyətlərinə isə inadkarlıq və əsəbilik daxildir. Bildirilir ki, A tipli fərdlər Yaponiyada digər qan qrupları olan insanlara nisbətən daha çox rast gəlinir.

B qrupu qanı olan insanlar güclü, ehtiraslı, empatik və qətiyyətli görünürlər, eyni zamanda eqoizm və nizamsız davranışlarla əlaqələndirilir. Bu qan qrupu olan insanların A qan qrupu olanlarla konfliktdə olduğu deyilir.

AB qanı olanların iddia edilən güclü tərəflərinə rasionallıq və uyğunlaşma daxildir, lakin onların zəif tərəflərinin qərarsızlıq, tənqidilik və unutqanlıq olduğu deyilir. Bu qan qrupu əsasən həm A, həm də B tipi fərdlərin xüsusiyyətlərinə malikdir. Bu qan qrupu nadir olduğu üçün Yaponiyada ona sahib olan insanlar yüksək qiymətləndirilir.

Mənbə: barisgazetesi.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et