Bu gün:

Yaponiya hökuməti səyahət məhdudiyyətlərini aradan qaldırıb


Kişida Fumio hökuməti, Covid-19 hadisələrinin sayının az olduğu ölkə daxilində oktyabrın 11-dən etibarən yeni qərarlar tətbiq etdi. Bununla əlaqədar olaraq, gündəlik 50 min sərnişin giriş məhdudiyyəti və xarici turistlərin Yaponiyaya fərdi səyahətinə qoyulan qadağa aradan qaldırılıb. Yaponiyanın vizadan azad proqrama malik olduğu 70-ə yaxın ölkədən gələn xarici turistlər Yaponiyaya plansız və müşayiətsiz daxil ola biləcəklər. Səyahətdən 72 saat əvvəl 3 doza peyvənd alan və ya mənfi test nəticəsi təqdim edənlərə sərhədə girişdə yeni Covid-19 testi və karantin tətbiq edilməyəcək. Digər tərəfdən, mərkəzi hökumət ölkənin daxili turizmini canlandırmaq üçün “Milli Səyahət Endirimi” proqramını işə salıb.

Proqram çərçivəsində 7 gecəlik ölkədaxili səyahətlər üçün adambaşına gecəlik 11 min yen (76 dollar) qədər subsidiya dəstəyi veriləcək. 

Mənbə: Cumhuriyet.com.tr

Tərcümə etdi: Arzu İbrahimova

Paylaş
Şərh əlavə et