
Fələstinin rəsmi xəbər agentliyinin WAFA-da yer alan xəbərinə görə, İsrail qüvvələri son 24 saatda Balata Qaçqınlar Düşərgəsinə 4-cü dəfə basqın edib. Fələstinli fəalların sosial mediada yayımladığı görüntülərdə İsrail əsgərlərinin düşərgəyə doğru hərbi gücləndirmələr apardığı və bölgəyə güclü atəş açdığı görülüb. Belə ki,İsrail ordusu Nablusdakı Balata Qaçqınlar Düşərgəsində Əl-Cəmasin məhəlləsinə pilotsuz təyyarə və çoxlu sayda zirehli maşınla düşərgəyə basqın edib və hündürmərtəbəli binalara snayperlər yerləşdirib. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada hava hücumu və basqın nəticəsində 17 və 24 yaşlarında iki gəncin öldüyü, 3-ü ağır olmaqla 22 nəfərin yaralandığı bildirilib. Fələstin Qızıl Aypara Cəmiyyəti öz açıqlamasında yaralıların sayını 29-a çatdığını və onlardan 5-i ağır yaralandığını qeyd edib.
Mənbə: Cumhuriyet.com.tr
Tərcümə etdi: Arzu İbrahimova
