Bu gün:

Aİ Ukraynada müharibəyə dəstək verdiyinə görə cavabdeh olacaq - Orban


 Macarıstanın baş naziri Viktor Orban Ruminyada çıxışı zamanı deyib: Avropa sülh siyasəti yeritməsə və Donald Tramp ABŞ prezidenti olsa, o zaman Aİ məğlubiyyətini etiraf etməli və Ukraynadakı müharibəni dəstəkləmək məsuliyyətini daşımalı olacaq.

“Avropa İttifaqı bu hərbi qumarın bədəlini ödəməli olacaq və biz də bundan əziyyət çəkəcəyik”, - deyə o, Agerpres xəbər agentliyindən sitat gətirib.

Baş nazir Ruminyada Macarıstan QHT-ləri və Ruminyadakı macar azlığının təşkilatları tərəfindən təşkil edilən ənənəvi yay universitetinin bağlanış mərasimində çıxış edib. Təşkilatçıların sözlərinə görə, Orbanın çıxışını dinləmək üçün 7 mindən çox insan toplaşıb.

Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et