ABŞ-ın Kaliforniya ştatında, Antilop Vadisində cümə axşamı baş verən yanğında 20 hektarlıq hurdaxanada olan 1500-dən çox avtomobil yanıb. Los Angeles County Yanğınsöndürmə İdarəsi KTLA-ya verdiyi açıqlamada yanğınsöndürənlərin Lancasterdəki Sierra şossesindən 421 W prospektində "həyət yanğını" xəbərinə gecə saat 3-dən dərhal sonra cavab verdiyini təsdiqləyib.
Sosial şəbəkələrdə yayılan yanğının videosunda ərazidən gələn və yaxınlıqdakı Sierra şossesi üzərindən sürüşən qalın qara tüstü buludları görünür.
Yerli iş adamı yanğının bir forkliftin avtomobili hərəkət etdirdiyi zaman başladığını və naməlum səbəbdən alovlandığını söyləyib.
Mənbə: haber7.com
Tərcümə etdi: Aydan İbrahimli
