NASA-dan verilən yazılı açıqlamaya görə, Almaniyadakı Maks Plank Astronomiya İnstitutunun tədqiqatçıları, JWST ilə fotoşəkilləri çəkilən, Yerdən təxminən 12 işıq ili uzaqlıqda olan nəhəng ekzoplaneti araşdırıblar.
Tədqiqatçılar qeyd ediblər ki, kütləsi Yupiterdən bir neçə dəfə böyük olan “Epsilon Indi Ab” adlı ekzoplanet “birbaşa fotoşəkil çəkilmiş ən soyuq ekzoplanetlərdən biridir”.

Tədqiqatın müəlliflərindən biri olan Elisabeth Matthews, Günəşə bənzəyən "Epsilon Indi A" adlı K tipli ulduzun ətrafında fırlanan ekzoplanetin planetlər arasında Yupiterə ən çox bənzədiyini, lakin ondan daha böyük olduğunu bildirib.
Metyus, təxmini temperaturu 2 dərəcə Selsi olan "Super Yupiter" adlanan Epsilon Indi Ab kimi soyuq planetlərin aşkar edilməsinin daha çətin olduğunu vurğulayıb. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Mənbə: haber7.com
Tərcümə etdi: Aydan İbrahimli
