Bu gün:

Niyə depo icarəsi biznesi yüksəlir?


Jalüzlərin bir-birinin ardınca uzandığı dəhlizləri sizə göstərə biləcək şəxslərdən biri şirkət sahibi David Allandır. O deyir ki, bu obyektin 70 faizi sahibkarlar tərəfindən icarəyə götürülüb. O izah edir ki, Coviddən əvvəlki dövrdə anbar kirayələri ofislərdən daha ucuz olduğundan şirkətlər bu üsula üstünlük verməyə başlayıblar. Bu, ümumdünya tendensiyasıdır. 

Pandemiyadan sonra tərk edilmiş boş ofislər depo icarəsi şirkətləri ilə əvəz olunub. Digər tərəfdən, kommersiya icarələri artdıqca, istehlakçılar və müəssisələr keçən il Kanadada 16 yeni deponun qapılarını açıb. Sənaye məlumatlarını izləyən StorTrack-ə görə, kirayələr də 2023-cü ildən orta hesabla 12 faiz artıb. Kommersiya daşınmaz əmlak firması Cushman & Wakefield və Self Storage Association-ın hesabatına görə, Böyük Britaniyada sənaye gəlirləri keçən il ilk dəfə olaraq 1 milyard funt-sterlinqi keçib. Yekun olaraq, qiymətlər bahalaşdığı üçün, depo kiralama sənayesi inkişaf etməyə başlayıb.

Mənbə: BBC

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et